AZ

İmişlidə yol qəzası olub, xəsarət alanlar var

İmişli şəhərində xəsarətlə nəticələnən yol qəzası​ baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ 2103" markalı minik avtomobili və "VAZ 2109" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlar 1964-ci il təvəllüdlü Həmzəyev Cavid Ağamalı oğlu, 1983-cü il təvəllüdlü Cabarlı Rəşad İlham oğlu, 1981-ci il təvəllüdlü Musayeva Ruhəngiz Xəlil qızı, 2018-ci il təvəllüdlü Musayev İsmayıl Niyamədin oğlu və 1985-ci il təvəllüdlü Hüseynov Elçin Ağaxan oğludur.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Seçilən
208
6
Mənbələr
Şərh ()
Bağla