Bəs yaxın vaxtlarda həyət evlərinin qiymətlərində ucuzlaşma gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, sənədləri qaydasında olan və kommunal xidmətlərlə təmin olunmuş evlərin qiymətlərində ucuzlaşma gözlənilən deyil:
“Ucuzlaşma daha çox sənədsiz olan və kommunal xəttləri ilə təmin olunmamış evlərin qiymətlərində olacaq. Çünki bu istiqamətdə qanunvericilik sərtləşdirilib. Lakin sənədləri qaydasında olan və kommunal imkanlarla təmin olunmuş həyət evlərində qiymətlərin azalacağını düşünmürəm. Bu seqmentdə olan evlərin hər zaman alıcısı yetərincə olur və öz qiymətlərini saxlayırlar”.
Ekspert sənədsiz və komunal təminatı olmayan evlərdə isə qiymətlərin enəcəyini proqnozlaşrıb:
“Bəzi işbazlar müəyyən ərazilərdə əhalinin sıxlığının yüksək olmasını və tələbatın çoxluğunu bəhanə edərək, qiymətləri bahalaşdırır. Belə işbazlar Zabrat, Masazır, Sulutəpə, Binəqədi kimi ərazilərdə torpaqların olduqca az olmasından istifadə edərək mövcud evlərin satış qiymətlərini əhəmiyyətli dərəcədə qaldırır. Onlar vaxtilə satın aldıqları torpaqlarda evlər tikərək, olduqca baha qiymətə satışa çıxarırlar. Onların alıcılara təqdim etdiyi əmlaklar isə əksəriyyət olaraq “makler evləri” kimi tanınan evlərdir. Bu səbəbdən də bazarda durğunluq yaşanır. Ancaq bu seqmentdə ucuzlaşma olacaq. Bu tip evlərin adətən sənədləri olmur. Ucuzlaşma digər seqmentlərə aid deyil. Son 3 il ərzində daşınmaz əmlakların qiyməti orta hesabla 30-35 faiz bahalaşıb. Bu səbəbdən son vaxtlar torpaq alıb fərdi ev tikən vətəndaşların sayı olduqca artmışdı”.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
8Источники
-
hit.azƏhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq ( 5759298)
-
nocomment.azHəyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq ( 5757636)
-
musavat.comHəyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq ( 5748243)
-
demokrat.azHəyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq ( 5741070)
-
publika.azƏhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq ( 5739591)
-
konkret.azHəyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq ( 5739183)
-
milli.azHəyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq ( 5738886)
-
yenisabah.azHəyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq ( 5738196)