Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Məxmər Quliyeva deyib.
O bildirib ki, həyatının ən gözəl gününü yaşayır:
“O ağrılı-acılı günləri xatırlamaq istəmirəm. Hər dəfə yadıma düşəndə saatlarla ağlayıram. Çətinliklə çıxdıq Füzulidən, bir neçə dəfə qarşımızı kəsdilər. Ermənilər bizim gəncliyimizi, ömrümüzün böyük bir hissəsini məhv etdilər. Valideynlərimiz, ağsaqqal-ağbirçəklərimiz vəfat etdilər, bu günləri görmədilər. Mən də bir oğlumu itirdim, çox istəyərdim ki, o da bu günləri görsün.
İndi nəvələrimlə, nəticəm də var artıq, onlarla birlikdə doğma şəhərimizə qayıdırıq. Bizim gəncliyimiz, ömrümüzün ən nəşəli günləri orada keçib.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
seher.mediaVaqif Məmmədov: “38 yaşımda çıxdığım torpaqlarımıza nəvələrimlə qayıdıram” ( 5921374)
-
oxu.azVaqif Məmmədov: “38 yaşımda çıxdığım torpaqlarımıza nəvələrimlə qayıdıram” ( 5921371)
-
oxu.azKeçmiş məcburi köçkün: “Laçında beş qardaşımı itirmişəm” ( 5921338)
-
ikisahil.azKeçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm ( 5894089)
-
demokrat.az"Doğma yurduma qayıdışımla fəxr edirəm" ( 5892745)
-
report.azKeçmiş məcburi köçkün: Doğma yurduma qayıdışımla fəxr edirəm ( 5891950)
-
azertag.azKeçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm ( 5891917)
-
report.azKeçmiş məcburi köçkün: “Biz qalib xalq kimi başımızı dik tutub öz yurdumuza qayıdırıq” ( 5824343)
-
az.trend.azÖz doğma torpağıma, evimə qayıdıram - Arzu Kərimova ( 5731065)
-
demokrat.az“Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram” ( 5730084)