AZ

Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm

Keçmiş

Bakı, 29 aprel, AZƏRTAC

Bu gün biz doğma yurdumuza qayıdırıq. Bu sevinci bizə yaşadan hər kəsə, Prezidentimizə, Ordumuza təşəkkür edirəm, qazilərimizə cansağlığı, şəhidlərimizə rəhmət diləyirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri keçmiş məcburi köçkün, Füzuli sakini Roza Muradova deyib.

"Biz ora qayıtmaya bilmərik. Çünki o torpaqların azadlığı uğrunda canlarından, qanlarından keçmiş şəhidlərimiz var. Yoxsa onların ruhu bizi bağışlamaz. Gərək biz azad olunmuş ərazilərə qayıdaq ki, şəhidlərimizin də ruhu şad olsun, ailələri də sevinsin",- deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
1
Mənbələr
Şərh ()
Bağla