Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. Dörddəbir finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.
Onlar yarımfinal qarşılaşmasında Hindistan təmsilçilərinə məğlub olaraq bürünc medala sahib çıxıblar.