AZ

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycan parabadmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

Bu barədə Futbolinfo.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.

Burada Hindistan idmançılarına məğlub olan ikili bürünc medala sahib çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
10
Mənbələr
Şərh ()
Bağla