Türkiyədə İsparta-Antalya yolunda baş verən qəza yerinə yardıma tələsən polis və təcili tibbi yardım maşınları qəzaya düşüblər.
Məlumata görə, iki yol-nəqliyyat hadisəsində biri körpə, iki polis, üçü tibb işçisi olmaqla ümumilikdə 10 nəfər yaralanıb.
Yaralıların hamısının xəstəxanaya çatdırıldıqları bildirilib.
Faktla bağlı araşdırma aparılır.
![](https://static.cdnsb.net/afm/images/2024/04/21/6366193.jpg)
Mənbə: İHA