RU

“Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir“ - DEPUTAT ŞƏRH ETDİ

“Qazax rayonunun indiyədək işğal altında qalmış 4 kəndinin savaşsız geri alınması Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bu həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Hadisələrin bu axarda getməsi bir neçə vacib nəticələrə gəlmək imkanı yaradır. Birincisi, Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və 4 kəndin danışıqlar yolu ilə azad olunması Azərbaycanın haqlı tələbləri idi və hər ikisi yerinə yetirildi: “Bu, Azərbaycanın ərazidə söz sahibi statusunun daha bir təsdiqidir. İkincisi, bu məsələlərin dinc yolla tənzimlənməsi onu göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin bağlanması üçün hər hansı 3- cü tərəfə ehtiyac yoxdur. Nə Qərb, nə Rusiya ikitərəfli danışıqlara müdaxilə etməsə bölgəyə sülhün gəlməsi daha tez baş tuta bilər”.

Deputat bildirib ki, sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması kimi sonrakı proseslər də Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yolu ilə aparılsa tezliklə Cənubi Qafqaz barış və qarşılıqlı əməkdaşlıq bölgəsinə çevrilə bilər: “Hadisələrin bugünkü gedişi onu göstərir ki, Azərbaycan bölgədə öz maraqlarını güdən və bu məqsədlə də sülh yaranmasına mane olmağa çalışan bütün kənar qüvvələrin təsirini neytrallaşdıra bilib və bütövlükdə bölgənin gələcəyi ilə bağlı öz siyasətini və planlarını sonadək həyata keçirmək əzmindədir”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23669
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13178
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10395
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5684
Helikopter qəzası ilə bağlı yeni xəbər
5554
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5523
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4386
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3963
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3795
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3677
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3461
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3447
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3055
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2763
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2759
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2528