RU

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur -ŞƏRH

Dörd

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslər fonunda Cənubi Qafqazda siyasi cəhətdən mürəkkəb vəziyyət yarandı. Müharibəni uduzan Ermənistan regionda revanşist mövqe sərgiləməyə çalışdı. Ancaq Ermənistan Azərbaycan dövlətindən siyasi, iqtisadi, hərbi cəhətdən geridə qalmış vəziyyətdə idi. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi faktını Ermənistan hökuməti dərk etməyə başladı. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsindən sonra Qazaxın 4 kəndinin qaytarılması haqqında da razılaşma əldə olundu. Bu, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Rüstəm Tağızadə söyləyib.

Politoloq Ermənistan Baş naziri Nikol Paşinyanın Tavuş rayonuna səfərini və erməni cəmiyyəti ilə tez-tez ünsiyyətdə olmasını məhz daxili auditoriyanın sakitləşdirilməsi məqsədi daşıdığını bildirərək əlavə edib: “Aprelin 19-da keçirilmiş Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşündə əldə edilmiş razılığa əsasən mayın 15-dək 4 kəndin qaytarılması prosesi başa çatmalıdır. 2023-cü ilin sentyabrında baş verən antiterror əməliyyatından sonra Azərbaycanın əsas məqsədi Qazaxın işğal altında olan 7 kəndi və Naxçıvanın Kərki kəndinin geri qaytarmaq idi. Bundan başqa, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi aparılmalıdır. Təbii ki, 30 ildən çox davam edən və müharibə ilə nəticələnən münaqişədən sonra qalan problemlərin həlli tez bir zamanda həlli vaxt edir. Lakin Azərbaycan ilə Ermənistan arasında siyasi danışıqlara böyük dövlətlər qarışmasa və ya İrəvana təzyiq göstərilməsə məsələlərin həlli prosesi daha da sürətlənər. Qazaxın dörd kəndinin qaytarılması iki dövlət arasında münasibətlərdə mütərəqqi hal kimi qiymətləndirilməlidir”.

R. Tağızadə vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bu uğur Zəngəzur dəhlizinin açılması prosesi ilə bağlı danışıqları da sürətləndirəcək. O qeyd edib ki, Ermənistanın iqtisadi inkişafı Azərbaycan ilə sülh müqaviləsinin bağlanmasından asılıdır.

“Hesab edirəm ki, sülh müqaviləsindən əvvəl Azərbaycan ilə Ermənistan arasında çərçivə sazişi imzalana bilər. Bunun üçün Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir. Çərçivə sazişi sülh müqaviləsinə aparan mühüm sənəddir. Antiterror tdbirlərindən sonra Ermənistan Fransa tərəfindən müntəzəm olaraq silahlandırılır. Düzdür, bu silahlar öz təyinatına görə güclü olmasa da, prosesin özü region üçün mənfi haldır. Hazırda Ermənistan uğrunda Avropa İttifaqının başda Fransa olmaqla Rusiya ilə mübarizəsi gedir. Avropa İttifaqı Gümrü bazasıNI və sərhədləri qoruyan rus hərbçilərini oradan çıxarmaq üçün Ermənistan hökumətindən dəstək gözləyir. Regionda Azərbaycan ilə Ermənistan arasında sülhü istəməyən qüvvələr silahlı münaqişənin yaranmasına çoxsaylı cəhdlər göstərirdilər. Ancaq bu baş vermədi. Sərhəddə müxtəlif təxribatlar törədildi, mediada spekulyasiyalarla dolu informasiyalar yayıldı. Bu baxımdan hesab edirəm ki, Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı razılığın əldə olunması Azərbaycan dövlətinin və xalqının uğurudur. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düzgün siyasi kurs və prinsipiallıq nəticəsində biz diplomatik müstəvidə əldə edilmiş uğurların şahidi oluruq. Əminliklə söyləmək olar ki, zaman keçdikcə Azərbaycan daha da praqmatik siyasi gedişlər edəcək”, - deyə ekspert diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
9005
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5514
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5339
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5120
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5028
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3924
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3192
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3079
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3067
Sabah 20 dərəcə isti olacaq
2826
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2821
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2620
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2399
Röyanın biabırçı videosu yayıldı
2342
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2334
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2201
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2134
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2086
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1778
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1722