"Barselona"nın baş məşqçisi Xavi komandadan ayrıldıqdan sonra "Ayaks"a rəhbərlik edə bilər. Futbolpress.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Niderland təmsilçisi Xavi ilə 2026-ci ilə qədər müqavilə imzalamaq istəyir. İspaniyalı məşqçi mövsümün sonunda "Barselona"dan ayrılacaq.