AZ

Xavi Fatinin "Barselona"dakı gələcəyi ilə bağlı suala sərt reaksiya verib

"Barselona"nın baş məşqçisi Xavi yaydan icarə əsasında "Brayton"da çıxış edən cinah oyunçusu Ansu Fatinin gələcəyi ilə bağlı jurnalistin sualından narazı qalıb.

90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırıcı hazırda komanda olmayan futbolçular haqqında danışmaq istəmədiyini bildiirb.

“Burada olmayan oyunçular üçün planlar barədə daha məndən soruşmayın. Hər şey mövsümün sonundan və düşəcəyimiz vəziyyətdən asılı olacaq”, – jurnalist Fabrizio Romano Xavinin X sosial şəbəkəsində (keçmiş Twitter) sözlərini sitat gətirir.

Xatırladaq ki, bundan əvvəl mətbuatda Fatinin yenidən “Barselona”ya qayıtmaq və heyətdə yer almaq üçün mübarizə aparmaq əzmində olduğu barədə məlumatlar yayılmışdı. O, mövsümöncəsi baş məşqçi Xavini heyran etmək və komandada yerini təmin etmək istəyir.

Bu mövsüm ispaniyalı 28 matçda iştirak edib, bu oyunda dörd qol vurub və bir məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
290
50
90deqiqe.az

10Mənbələr