Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində bir həftə ərzində 365 nəfərə qədər hərbçisini itirib.
“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin bu istiqamətdə Rusiya Silahlı Qüvvələri Ukraynanın 24 texnikasını, 12 səhra artilleriya silahını, o cümlədən ABŞ, Almaniya və Polşa istehsalı olan altı haubitsanı, həmçinin üç “Nota” və “Anklav” elektron döyüş stansiyalarını vurub.
Pervomayski azad edildikdən sonra rus ordusu Avdeyevski istiqamətində irəliləyib.