RU

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

NASA

Bakı, 19 aprel, AZƏRTAC

NASA Saturnun ən böyük peyki olan Titana uçuşu nəzərdə tutan “Dragonfly” missiyasının 2028-ci ilin iyulunda başlayacacağını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, kosmik missiya 3,35 milyard dollara başa gələcək. Titan Günəş sistemində Yerdən başqa səthində hava və maye olan yeganə səma cismidir. Onun atmosferi, yağışı, gölləri, okeanları, sahilləri, dərələri, dağ silsilələri və bəlkə də həyatın özü var.

2034-cü ildə Titana çatması planlaşdırılan “Dragonfly” missiyası iki il davam edəcək. Missiya zamanı kosmik gəmi peykdən bir sıra nümunələr götürəcək.

NASA-nın elmi missiya direktorluğunun köməkçi administratoru Nikki Foks bunun geniş ictimaiyyətin marağına səbəb olan möhtəşəm bir layihə olduğunu söyləyib. Bildirilib ki, Titandakı cazibə Yerin cəzbetmə qüvvəsinin cəmi 14 faizini təşkil edir. O, Yerin aldığı günəş işığının yalnız bir faizini görür. Peykin dənizləri və gölləri isə su deyil, maye metandan ibarətdir.

Məlumata görə, “Dragonfly” missiyası pandemiya səbəbindən ləngiyib. 2019-cu ildə seçildiyi zaman onun bir milyard dollara başa gəlməsi gözlənilirdi. Missiya 2026-cı ildə işə salınmalı və səkkiz illik kruiz mərhələdən sonra peykə çatmalı idi. Bununla belə, NASA missiyanın kruiz mərhələsini qısaltmaq üçün ağır yük daşıyan aparatı maliyyələşdirməklə gecikmiş buraxılışı kompensasiya etmək qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
10
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10153
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8013
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
2802
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1657
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1564
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1545
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1508
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1007
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
708
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
608
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
540
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
517
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
377
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
353
Arda Gülər dayanmır, yenə fərqləndi -
331
Arda dubl etdi - VİDEO
298
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
282
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
243
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
237