AZ

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

NASA Saturnun ən böyük peyki olan Titana uçuşu nəzərdə tutan “Dragonfly” missiyasının 2028-ci ilin iyulunda başlayacağını təsdiqləyib.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, kosmik missiya 3,35 milyard dollara başa gələcək. Titan Günəş sistemində Yerdən başqa səthində hava və maye olan yeganə səma cismidir. Onun atmosferi, yağışı, gölləri, okeanları, sahilləri, dərələri, dağ silsilələri və bəlkə də həyatın özü var.

2034-cü ildə Titana çatması planlaşdırılan “Dragonfly” missiyası iki il davam edəcək. Missiya zamanı kosmik gəmi peykdən bir sıra nümunələr götürəcək.

NASA-nın elmi missiya direktorluğunun köməkçi administratoru Nikki Foks bunun geniş ictimaiyyətin marağına səbəb olan möhtəşəm bir layihə olduğunu söyləyib. Bildirilib ki, Titandakı cazibə Yerin cəzbetmə qüvvəsinin cəmi 14 faizini təşkil edir. O, Yerin aldığı günəş işığının yalnız bir faizini görür. Peykin dənizləri və gölləri isə su deyil, maye metandan ibarətdir.

Məlumata görə, “Dragonfly” missiyası pandemiya səbəbindən ləngiyib. 2019-cu ildə seçildiyi zaman onun bir milyard dollara başa gəlməsi gözlənilirdi. Missiya 2026-cı ildə işə salınmalı və səkkizillik kruiz mərhələdən sonra peykə çatmalı idi. Bununla belə, NASA missiyanın kruiz mərhələsini qısaltmaq üçün ağır yük daşıyan aparatı maliyyələşdirməklə gecikmiş buraxılışı kompensasiya etmək qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22891
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14407
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13431
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11322
Helikopterin qalıqları tapılıb
8763
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7927
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6937
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6652
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5147
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4576
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4071
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3789
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3564
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2063
Azərbaycan nefti ucuzlaşdı
1608
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1337