RU

"COP29-da 60 mindən çox adamın iştirak edəcəyi proqnozlaşdırılır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"COP29 indiyə qədər Azərbaycanın təşkil etdiyi və ölkədə keçirilən ən böyük, ən izdihamlı tədbir olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

O bildirib ki, bu tədbirdə 60 mindən çox adamın iştirak edəcəyi proqnozlaşdırılır: "Bu tədbirin keçirilməsi ölkəmiz üçün olduqca böyük hadisədir. Birinci növbədə COP29 BMT-nin İqlim Dəyişikliyi üzrə xüsusi layihəsi, xüsusi komissiyasının təşkil etdiyi dünyada ekologiyanın qorunması, istiləşmənin qarşısının alınması, korbonun havada azalması və yaşıl enerjiyə yaşıl işıq yandırması, təbiətin mühafizəsi ilə bağlı, insan sağlamlığının qorunmasına xidmət edən tədbirdir. İndiyə qədər 28 tədbir keçirilib. Sonuncu tədbir Dubayda keçirilmişdi. Azərbaycanda keçirilən tədbir də 29-cu tədbirdir. Rəqəm bu tədbirlərin sayını göstərir.

Bu tədbirin ölkəmiz üçün olduqca böyük əhəmiyyəti var. Birinci növbədə Azərbaycanı dünya miqyasında tanıtmaq üçün Azərbaycanın gücünün, nüfuzunun, ölkədə görülən işlərin, aparılan layihələrin və perspektivlərin dünya, bəşəriyyətə çatdırmaq üçün olduqca vacib hadisədir. Digər tərəfdən təbiətin mühafizəsi sahəsində Azərbaycan da bir neft ölkəsi olaraq öz töhfəsini verdiyini dünyaya göstərməlidir. Çünki neft ölkələrinin çoxunu ittiham edirlər ki, torpağı korlayırlar, neft sıxıntıları, yaxud tullantıları ilə, radioaktivlik yüksəlir və sair. Eyni zamanda neft və qazdan enerjinin alınması prosesində havaya çoxlu karbon qazı buraxılır. Bu da təbiətin ziyanına işləyir. Belə olan halda Azərbaycanın belə bir tədbiri keçirməsi bir daha göstərəcək ki, Azərbaycan neft və qaz ölkəsi olmasına baxmayaraq həm ətraf mühitin mühafizəsi, həm təbiətin qorunması, həm havanın, torpağın çirklənməsindən mühafizəsi Azərbaycan tərəfindən yüksək səviyyədə həyata keçirilir".

"Digər tərəfdən ölkəmizin beynəlxalq aləmdə daha güclü tərəfdaş kimi tanınmasına olduqca böyük dəstək verəcəkdir. COP29-da demək olar ki, dünyanın bütün ölkələrinin nümayəndələri iştirak edəcəklər. Ölkə rəhbərləri səviyyəsində təmsilçiliklər olacaqdır. Bu həm də bölgədə indiki zamanda mürəkkəb hərbi-siyasi zamanda Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu dünyaya göstərəcək. İqtisadi cəhətdən də gələcək üçün böyük perspektivlər vəd edən tədbirdir. COP29-da iştirak edən ölkələr, o ölkələrin biznes adamları, ölkənin müvafiq dövlət və hökumət qurumları öz aralarında, Azərbaycanla müqavilələr bağlaya bilərlər. Azərbaycanın biznes və turistik əhəmiyyətini artıran tədbirdir. Tədbirə gələcək 60 mindən çox qonağın hər biri Azərbaycandan xoş təəssüratla gedəcəksə, Azərbaycanın mədəniyyətini, mətbəxini, tarixini tanıyaraq öz ölkələrində də təbliğ etmək imkanları yaranacaq.

Azərbaycanın ən böyük qarşıdakı perspektivlərindən biri Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa etmək, orada ekoloji təmiz həyatı qurmaq, xüsusilə, "ağıllı kənd", "ağıllı şəhər" layihələri həyata keçirməkdir. Yaşıl artım ölkəsinə çevirməklə bölgə və ölkəmiz üçün COP29-dan alınan nəticələrin də böyük əhəmiyyəti olacaqdır. Azərbaycanın sürətli inkişafı, bu inkişaf fonunda həm də təbiəti, ekologiyanı qorumaq niyyətlərinin nə qədər real olduğu dünya ictimaiyyətinə çatdırılacaqdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10387
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8096
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3714
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1739
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1599
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1592
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1542
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1081
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
750
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
650
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
574
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
539
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
390
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
350
Arda dubl etdi - VİDEO
301
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
294
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
257
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240