RU

Şahmatçılarımız Avropa çempionatında

Sabah Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. 
Qitə çempionatında Azərbaycanı Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı təmsil edəcəklər. 
10 turdan ibarət Avropa çempionatına aprelin 29-da yekun vurulacaq.
Xatırladaq ki, 2022-ci ildə Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medala layiq görülüb.
L.SABİRQIZI XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
14
xalqqazeti.az

10Источники