RU

Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Qarabağdakı Rusiya Sülhməramlı kontingetinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı münasibətləri yeni dövrə qədəm qoyur”.

Bunu APA-nın Moskva mübirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey Naumov bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılaırnın Qarabağdan çıxarılması ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır.

“Bu, bir vaxtlar Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin guya Moskva ilə Bakı arasında razılaşma əsasında olmadığını, işğal olduğunu, Rusiyanın Azərbaycanın inkişafına maneə olmaq üçün bu addımı güclə atdığına dair deyilənlərin boş söhbətlər olduğunu göstərdi. Biz gördük ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğu istisnasız olaraq Moskva ilə Bakı arasında olan razılaşmadan asılıdır. İki müttəfiq ölkənin rəhbərliyi nəticəyə gəldirlər ki, sülhməramlıların Qarabağda qalmasının mənası yoxdur. Hətta, heç kəs 2025-ci ili gözləmədi. Hesab edirəm ki, bu, harmoniyalı, qarşılıqlı sərfəli və məntiqlə dolu olan Moskva ilə Bakı arasındakı münasibətlərə Rusiya sülhməramlı kontingentinin lazım olmadığını göstərir. Mən bütün azərbaycanlı dostlarımı bu əlamətdar tarix münasibəti ilə təbrik edirəm. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir. Qarabağ məsələsi artıq birdəfəlik qeyd-şərtsiz bağlandı. Düşünürəm ki, biz sizinlə Rusiya-Azərbaycan münasibətlərinin tam harmoniyalı inkişafı yolunda son maneənin necə götürüldüyünü görürük. Daha Rusiya-Azərbaycan münasibətlərində ağrılı nöqtələr, ağrılı məsələlər yoxdur. İndi bu münasibətlər Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsi ruhunda inkişaf edə və Rusiya və Azərbaycan xalqlarının xeyrinə işləyə bilər”, Naumov qeyd edib.

Избранный
90
10
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1351
Azərbaycanda bu məhsul bahalaşdı
1254
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1164
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1015
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1012
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1003
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
980
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
978
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
971
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
917
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
895
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
835
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
789
Helikopter qəzası ilə bağlı yeni xəbər
769
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
745
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
739
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
732
Həlak olan şəxslər sabah dəfn olunacaq
719
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
682
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
662