Bakı. Trend:
15 yaşadək futbolçular arasında Azərbaycan çempionatındaxoşagəlməz hadisə baş verib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu, AFFA U-15 Liqasının “Turan Tovuz” –“Neftçi” matçında yaşanıb.
Görüşün 53-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu UğurMəmmədov və qonaqların oyunçusu Ramin Abıyev təcavüzkar davranışa(rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandankənarlaşdırılıblar. AFFA-nın İntizam Komitəsi hər iki futbolçunu 4oyunluq cəzalandırıb.
Qeyd edək ki, Tovuzdakı görüşdə qonaq komanda 5:1 hesabı iləqalib gəlib.