- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
AFFA U-15 Liqasında çıxış edən "Turan Tovuz"un futbolçusu Uğur Məmmədov 4 oyunluq cəzalanıb. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna oyunçunun "Neftçi"yə qarşı matçın 53-cü dəqiqəsində təcəvüzkar davranışa yol verməsi səbəb olub.
Məmmədov rəqibi əli ilə vurduğuna görə cəza alıb.
"Neftçi"nin futbolçusu Ramin Abıyev də eyni dəqiqədə rəqibi əli ilə vurduğu üçün növbəti 4 qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.