RU

İrakli Kobaxidze bir müddət əvvəl seçildiyi postda ilk ciddi sınağıyla üzləşib

“Gürcüstanın baş naziri İrakli Kobaxidze bir müddət əvvəl seçildiyi postda ilk ciddi sınağıyla üzləşib. Müxalifətin öz tərəfdarlarını paytaxt Tbilisidə etiraza çağırmasına baxmayaraq, hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanunu qüvvəyə mindirməkdə qətiyyətini davam etdirir.” -bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq bildirib ki,  Gürcüstan parlamenti bu qanun layihəsini birinci oxunuşda qəbul edib.
“ABŞ və Avropa İttifaqı qanun layihəsiylə bağlı Gürcüstan hökumətinə təzyiqini artırıb. Bu da hökumətin mövqeyini dəyişməyib. Hakim “Gürcü arzusu” Partiyası Gürcüstanın Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətini nəzarət altına almağa çalışır. Müxalifət və Qərblə yanaşı Gürcüstan prezidenti Salome Zurabişvili də bu qanunun əleyhinədir. Gürcüstanda unikal vəziyyət yaranıb. Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir. Baş nazir isə prezidenti xarici agent adlandırıb. Belə görünür ki, Gürcüstanda bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək. Qonşu Gürcüstandakı olaylar ölkəmizdə diqqətlə və həyəcanla izlənilir. Çünki strateji tərəfdaşımız olan Gürcüstanda sabitliyin pozulması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri və boru xətləri Gürcüstandan keçir. Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. Zəngəzur dəhlizinin işə düşməsi bu səbəbdən də vacibdir ki, nəqliyyat xətləri şaxələndirilsin və Azərbaycan yalnız bir ölkənin tranzit imkanlarından asılı olmasın.” – deyə Elxan Şahinoğlu bildirib.
Избранный
179
10
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21933
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19465
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18350
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17815
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17349
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17182
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16276
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15664
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12181
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11324
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9899
"Zaur, yenə çaşdın..." - VİDEO
8907
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8754
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8092
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7674
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7315
Minimum əmək haqqı nə qədər arta bilər?
7126
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6496
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830