AZ

Gürcüstan YENİDƏN QARIŞIR: qadınlar parlament binasına doğru gedirlər

Tarix: 20 Aprel 2024 21:32

Tbilisidə qadınlar xarici agentlər haqqında qanuna qarşı yürüş keçiriblər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" öz müxbirinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, müxtəlif təşkilatlardan olan qadınlar Respublika meydanına toplaşıb, daha sonra Rustaveli prospektində parlament binasına doğru hərəkət ediblər. Hazırda prospekt bağlıdır.
Qeyd edidilib ki, axşam saatıarında Gürcüstanda qanuna qarşı kütləvi etiraz aksiyası başlayacaq .
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze demişdi ki, beynəlxalq tənqidlərə baxmayaraq, ölkə hakimiyyəti xarici agentlər haqqında qanundan imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, qanunu tənqid edən amerikalı və avropalı siyasətçilər qanun layihəsinin qəbuluna qarşı bir arqument də səsləndirə bilməyiblər.



Daha sonra hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili bildirib ki, respublika Avropa İttifaqına daxil olmaq təklifi aldıqdan sonra hakimiyyət xarici agentlər haqqında qanunu ləğv edəcək və ya ona yenidən baxacaq.
Milli.Az

Seçilən
170
14
Mənbələr
Şərh ()
Bağla