RU

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

Məhkəmə prosesində S.Təhməzova ilə yanaşı, oğlu Əhəd Abbasov da xüsusi ittihamçı qismində çıxış edib. Onlar Könül Abbasovanın mətbuatda qardaşının intiharı ilə bağlı səsləndirdiyi ittihamların böhtan olduğunu bildiriblər və onun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi əsasında cəzalandırılmasını tələb ediblər.

Məhkəmə Könül Abbasovanın müsahibəsindəki cümlələrlə bağlı linqvistik ekspertiza təyin edib. Ekspert rəyi ilə Könül Əhəd qızı Abbasovanın çıxışındakı cümlələrdə Sevinc Təhməzovanı ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmək məzmunlu məlumatlar olduğu müəyyən edilib və məqalədəki cümlələrdə böhtan elementlərinin olması təsdiqini tapıb.

Məhkəmə K.Abbasovanın Cinayət Məcəlləsinin 147.1-ci (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma) maddəsi ilə cəzalandırılması qərarına gəlib. Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə edilib.

Qeyd edək ki, K.Abbasova qardaşı Rauf Abbasovun intiharına görə onun həyat yoldaşı Sevinc Təhməzovanı ittiham etmişdi.

Избранный
49
10
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
365
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
327
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
267
Azərbaycanda bu məhsul bahalaşdı
263
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
251
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
244
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
237
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
228
Helikopter qəzası ilə bağlı yeni xəbər
216
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
205
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
190
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
189
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
189
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
172
Həlak olan şəxslər sabah dəfn olunacaq
169
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
167
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
142
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
133
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
130
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
125