AZ

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib.

Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

Məhkəmə prosesində S.Təhməzova ilə yanaşı, oğlu Əhəd Abbasov da xüsusi ittihamçı qismində çıxış edib. Onlar Könül Abbasovanın mətbuatda qardaşının intiharı ilə bağlı səsləndirdiyi ittihamların böhtan olduğunu bildiriblər və onun Cinayət Məcəlləsinin 147.2-ci (147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi əsasında cəzalandırılmasını tələb ediblər.

Məhkəmə Könül Abbasovanın müsahibəsindəki cümlələrlə bağlı linqvistik ekspertiza təyin edib. Ekspert rəyi ilə Abbasova Könül Əhəd qızının çıxışındakı cümlələrdə Sevinc Təhməzovanı ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmək məzmunlu məlumatlar olduğu müəyyən edilib və məqalədəki cümlələrdə böhtan elementlərinin olması təsdiqini tapıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
10
Mənbələr
Şərh ()
Bağla