Litva altı aylıq fasilədən sonra fevral ayında Rusiyadan taxıl alışını bərpa edib.AzVision.az xəbər verir ki, bu barədə Avropa Statistika Xidmətinin məlumatlarında göstərilir. Qeyd olunub ki, Litva müntəzəm taxıl idxalını 2023-cü ilin may ayında dayandırıb, sonuncu tədarük isə həmin ilin iyulunda olub. Həmin vaxtdan bəri ilk taxıl tədarükü fevral ayında baş tutub - 1,95 milyon avro dəyərində 12,2 min ton.
Xatırladaq ki, martın 20-də Litva, Latviya, Estoniya, Polşa və Çexiyanın kənd təsərrüfatı nazirləri Avropa Komissiyasını Rusiya və Belarusdan Avropa İttifaqına taxıl idxalını qadağan etməyə çağırıblar. Polşa həmçinin Rusiya və Belarus taxılına 50% rüsumun tətbiqinin tərəfdarı olub.
İlkin Nəcəfzadə
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта