Rusiya hökuməti qamış və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edib.Bu barədə Rusiya Nazirlər Kabinetinin teleqram kanalında bildirilib.
"Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır”, – NK diqqətə çatdırıb.
Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək:
Belarus 5 min ton;
Qazaxıstan 120 min ton;
Qırğızıstan 28,5 min ton.
www.anews.az