RU

Həmcinsinə ərə gedən azərbaycanlı jurnalist DANIŞDI: “Utanmalıyam? Həyatımı yaşayıram”

Amerikada həmcinsi ilə evlənən azərbaycanlı aparıcı Natiq Atakişiyev (Nailəoğlu) ona ünvanlanan qınaqlara cavab verib.

KONKRET.az həmin paylaşımı təqdim edir:

“Ötən gün yayılan xəbərlərdən sonra təhqir etdiniz, ölümlə təhdid edənləriniz oldu. “Çıx yalandır de” yazan, məsləhət verənlər də var idi. Səbəb? Niyə belə bir açıqlama edim? Mən yaşadığım heç bir hiss üçün utanmıram! Bu mənəm və yaşadığım da mənim həyatımdır. Dostlarımla, məni izləyən insanlarla həyatımın xoş anını paylaşdım. (Qeyd – səhifəm “private”dir ) Sizin istədiyiniz kimi həyat yaşamadığım üçün utanmalıyam? Yaxud da özümü günahkar hiss etməliyəm? Əlbəttə, yox! Mən istədiyim həyatı yaşayıram və bu, hər zaman da belə oldu. Nə edək? Hisslərimizi ört-basdır edib, bu xalqın mentaliteti var, mədəniyyəti fərqlidir deyə, ikili, bəzən də üçlü “şəxsiyyət”i oynayaq? yaşayaq? “Ətraf nə deyər?”, “tezbazar bir qızla evlən” qoy desinlər kişidir məntiqilə yaşayaq? Bu məntiqlə neçə nəfəri bədbəxt etmisiniz? Etməkdə də davam edirsiniz… Yaşamaq istədiyiniz, lakin yaşaya bilmədiyiniz heç nə üçün insanları ittiham etməyin. Aynanın qarşısına keçin, özünüzə “mən nə istəyirəm” sualını verin. Uzaqlaşın qohum-əqrəba, qonum-qonşu, mentalitet təfəkküründən. Ətraf danışacaq, deyinəcək və bir zaman sonra susacaq! Amma keçən Sizin həyatınız olacaq. Siz itirəcəksiniz. Zaman-zaman hisslərinizi, sonra da özünüzü. Bir zaman gələcək, nə istədiyinizi belə anlamayacaqsınız. İnsanlığınızı, mənliyinizi itirmədən yaşayın! Mən xoşbəxtəm! Ömrümün sonuna qədər də azadlığımı, öz fikrimi bütün olan və olacaqlardan daha üstün tutacağam!

Hörmətlə, Natiq!”

NATİQ

Qeyd edək ki, Natiq Atakişiyev (Nailəoğlu) telejurnalist Endryu Kordner adlı bəylə nikaha girib. Natiq fevralın 15-də evlənsə də, məlumatı 3 gün öncə öz sosial şəbəkə hesabında paylaşıb.

Natiq Atakişiyev uzun müddət Azərbaycanda televiziyada çalışıb. Bir müddət öncə ABŞ-yə müxbir kimi ezam olunub. Hazırda xarici media qurumunda Amerika müxbiri kimi fəaliyyət göstərir.

Избранный
194
22
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26911
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26452
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18141
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17463
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14441
Sabah 20 dərəcə isti olacaq
9730
May ayında Azərbaycana qar yağdı - VİDEO
8835
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8671
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8613
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8498
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7305
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7159
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6964
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6927
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6610
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6497
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6451
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6049
Azərbaycan nefti ucuzlaşıb
6015
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5872