AZ

Həmcinsi ilə evlənən telejurnalist: Hisslərimizi ört-basdır edib özümü günahkar hiss etməliyəm?

Amerikada həmcinsi ilə ailə quran telejurnalist Natiq Nailəoğlu ünvanına yazılan tənqid və təhqirlərə cavab verib.

Demokrat.az xəbər verir ki, bu haqda sosial şəbəkə hesabında paylaşım edən Natiq insanların fikrinə görə dəyişmək fikrində olmadığını bildirib:

“Ötən gün yayılan xəbərlərdən sonra təhqir etdiniz, ölümlə təhdid edənləriniz oldu. “Çıx yalandır de” yazan, məsləhət verənlər də var idi. Səbəb? Niyə belə bir açıqlama edim?

Mən yaşadığım heç bir hiss üçün utanmıram! Bu mənəm və yaşadığım da mənim həyatımdır. Dostlarımla, məni izləyən insanlarla həyatımın xoş anını paylaşdım. (Qeyd səhifəm “private”dir ) Sizin istədiyiniz kimi həyat yaşamadığım üçün utanmalıyam? Yaxud da özümü günahkar hiss etməliyəm? Əlbəttə yox! Mən istədiyim həyatı yaşayıram və bu hər zaman da belə oldu. Nə edək? Hisslərimizi ört-basdır edib, bu xalqın mentaliteti var, mədəniyyəti fərqlidir deyə, ikili bəzən də üçlü “şəxsiyyət”i oynayaq? yaşayaq? “Ətraf nə deyər?”, “tez-bazar bir qızla evlən” qoy desinlər kişi’dir məntiqilə yaşayaq? Bu məntiqlə neçə nəfəri bədbəxt etmisiniz? Etməkdə də davam edirsiniz…

Yaşamaq istədiyiniz, lakin yaşaya bilmədiyiniz heç nə üçün insanları ittiham etməyin. Aynanın qarşısına keçin, özünüzə “mən nə istəyirəm” sualını verin. Uzaqlaşın qohum-əqrəba, qonum-qonşu, mentalitet təfəkküründən. Ətraf danışacaq, deyinəcək və bir zaman sonra susacaq! Amma keçən Sizin həyatınız olacaq. Siz itirəcəksiniz. Zaman-zaman hisslərinizi, sonra da özünüzü. Bir zaman gələcək, nə istədiyinizi belə anlamayacaqsınız. İnsanlığınızı, mənliyinizi itirmədən yaşayın! Mən xoşbəxtəm! Ömrümün sonuna qədər də azadlığımı, öz fikrimi bütün olan və olacaqlardan daha üstün tutacağam!”.

Seçilən
233
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25854
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
24921
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18096
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14086
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
13842
Sabah 20 dərəcə isti olacaq
9319
May ayında Azərbaycana qar yağdı - VİDEO
8643
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8403
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8278
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7049
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6955
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6713
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6326
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6281
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6280
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5902
Azərbaycan nefti ucuzlaşıb
5771
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5593