RU

IMF hələ də FED-in monetar siyasətini yumşaldacağını gözləyir

Beynəlxalq Valyuta Fondu (IMF) hələ də ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ildə monetar siyasətini yumşaltmağa doğru addım atacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə IMF-nin baş iqtisadçısı və Tədqiqatlar Departamentinin direktoru Pyer-Olivye Qurinşa bildirib.

“ABŞ-nin 2024-cü ildə müəyyən bir nöqtədə monetar siyasətini yumşaldacaq vəziyyətdə olacağını gözləməyə davam edirik”, - o, brifinqdə FED-in monetar siyasətini yumşaltması ehtimalını şərh edərkən deyib.

IMF-in baş iqtisadçısının sözlərinə görə, FED inflyasiya ilə mübarizədə və Amerika iqtisadiyyatında sabitliyin qorunmasında böyük irəliləyiş əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
8
report.az

10Источники