Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərminalı Demokrat.az-a açıqlama verib.
O bildirib ki, Kanadanın Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyasına qoşulması Amerikanın istəyidir:
“Ümumiyyətlə bir çox ölkə xarici siyasətdə Amerikadan aslıdır. ABŞ-ə Aİ-nin müşahidə missiyasında fəaliyyət göstərmək maraqlıdır. Lakin bunu özü edə bilmir, çünki balansı qorumağa çalışır. ABŞ bölgədə aktiv işləyərsə Azərbaycanla münasibətlərdə gərginlik yarana bilər. Həm də bu, Rusiya tərəfindən Amerikanın bölgəyə müdaxiləsi kimi qəbul edilə bilər. ABŞ Kanada vasitəsilə bu prosesə qoşulur. Kanada Aİ-yə üzv olmayan bir ölkədir. Bildiyimiz kimi NATO-ya üzvdür. Kanada müşahidə missiyası adı altında Ermənistana, oradan da bölgəyə daxil olmağa çalışır. Hazırda görünür ki, Aİ ölkələrinə üzv olmayan, NATO-ya üzv olan ölkələr də bu missiyaya qoşula bilir. Burada əsas məqsəd müşahidə missiyası adı altında Qərb qüvvələrinin bölgəyə gətirilməsidir. Mülki missiya adı ilə gətirilən qüvvələri sonradan hərbiləşdirə bilərlər”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.