Sidneydə kilsə mərasiminin canlı yayımı zamanı Assuriya yepiskopu Mar Mariyə bıçaqla hücumun terror hücumu kimi araşdırılır. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "Washington Post" polisə istinadən yazır.
Avstraliyanın paytaxtında bir neçə gün ərzində ikinci bıçaqlı hücuma potensial terror hücumu kimi baxılır, deyə hüquq-mühafizə orqanları vurğulayıb.
Hücum zamanı kilsə keşişi İshaq Royel də yaralanıb. Yeni Cənubi Uels polis komissarı Karen Uebb bildirib ki, o, əməliyyat olunub.
Xatırladaq ki, aprelin 15-də Sidneydə naməlum şəxs bıçaqla Assuriya yepiskopuna hücum edib.
Havar Şəfiyeva