Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, sözügedən komanda 29-cu turda səfərdə "Ludoqorets"lə qarşılaşıb. Görüş "Arda"nın məğlubiyyəti ilə başa çatıb - 2:0. Cəlal bu oyunda start heyətdə yer alıb və sona qədər oynayıb. "Arda" 29 turdan sonra 39 xalla 9-cu sıradadır. tags tags