RU

TikTok “Instagram”a bənzər bir layihə yaradacaq

“TikTok” şirkəti “Instagram”ın analoqu olan yeni proqram hazırlayır.

KONKRET.az xəbər verir ki, yeni məhsul istifadəçilərə fotoşəkilləri paylaşmağa və onları saxlamağa imkan verəcək.

“Biz cəmiyyətimizin bu formatlara həsr olunmuş məkanda foto və mətnlər yaratmaq və paylaşmaq imkanlarını araşdırırıq”, – deyə TikTok nümayəndəsi agentliyə izah edib.

TikTok istifadəçiləri artıq yeni tətbiqdən bəhs edən mesajlar almağa başlayıblar. Şirkət yeni məhsulun TikTok Notes adlanacağını bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
162
14
konkret.az

7Источники