Saatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən Emil Astanovun məhkəməsi başlayır.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Saatlıda qeydə alınıb.
Belə ki, Qara Nuru kəndi ərazisində 2000-ci il təvəllüdlü Saatlı rayonu, Məmmədabad kənd sakini Emil Astanov sərxoş vəziyyətdə, VAZ-21063 markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı binaya dəyib.
Nəticədə avtomobildəki sərnişin, 1959-cu il təvəllüdlü Aybəniz Astanova aldığı xəsarətlərdən ölüb.
Emil Astanova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
sonxeber.azAytən Kərimovaya 7 il həbs istənildi ( 5503438)
-
qafqazinfo.azAytən Kərimovaya 7 il həbs istənildi ( 5503126)
-
demokrat.az“Nikosayağı”nın qəza keçirtdiyi avtomobil satışa çıxarıldı ( 5418349)
-
e-huquq.azPiyadanı maşınla vurub öldürməkdə təqsiləndirilən sürücü hakim qarşısına çıxarılır ( 5352739)
-
bizim.mediaSaatlıda anasının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır ( 5313232)
-
demokrat.azSaatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır ( 5311939)
-
oxu.azSaatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır ( 5311438)
-
demokrat.azQubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır ( 5310022)
-
baku.wsSaatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır ( 5309740)
-
oxu24.comQubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır ( 5309188)