AZ

Piyadanı maşınla vurub öldürməkdə təqsiləndirilən sürücü hakim qarşısına çıxarılır

Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Süleyman Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilib.

İş hakim Tərifə Kərimovanın icraatına verilib. Məhkəmənin hazılrıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, Samux rayonu Qarabağlar kənd sakini, 1959-cu il təvəllüdlü Süleyman Muradov idarə etdiyi VAZ-2106 markalı avtomobillə Samux şəhərində piyada, 1961-ci il təvəllüdlü İsmayıl Abdiyevi vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Süleyman Muradova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla