RU

Lyuis Hemilton peşman oldu - SƏBƏB ... -FOTO

"Formula 1" pilotu Lyuis Hemilton rədd etdiyi rol haqqında danışıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o Hollivudun məşhur ulduzu Tom Kruzdan "Top Gun: Maverick" filminə çəkilmək təklifi alıb. Bu barədə "F1" pilotu "GQ" jurnalına açıqlamasında bildirib.

Təklifi qəbul etməyən Lyuis filmi izlərkən peşman olduğunu bildirib. O qeyd edib ki, bu dəfə filmdə ona "Təmizlikçi" rolu belə təkılif olunsa o bunu qəbul edəcək.

Hazırda filmin üçüncü hissəsinin çəkiləcəyi ilə bağlı hazırlıq görülür. Bu da o deməkdir ki, Hemiltonun "Top Gun" filmində rol almaq üçün hələ də bir şansı var.

Xatırladaq ki, 36 il sonra çəkilən "Top Gun" filminin davamı "Top Gun: Maverick" böyük uğur qazanaraq dünyadakı baxımlı ekran işləri arasında yer aldı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
156
12
Источники
Комментарий ()
Закрывать