AZ

Di Kaprio bu ölkə ilə bağlı çağırış etdi

Amerikalı aktyor Leonardo Di Kaprio Şotlandiyanı təbiətin bərpasında lider kimi tanımağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində yazıb .

Di Kaprio 20 təbiət təşkilatının ittifaqı olan “Rewilding Alliance”a qoşulub. Bu təşkilatın məqsədi Şotlandiyanın quru və dəniz ərazisinin 30 faizini bərpa etməyi öhdəsinə götürür.

“Təxminən altı min il əvvəl Şimali Şotlandiyanın çox hissəsi enliyarpaqlı meşələr, kolluqlar, çəmənliklərlə örtülmüşdü. Bugünkü mənzərə keçmişdən tamamilə fərqlidir. O, ciddi şəkildə pozulmuş qoyun otlaqları və yerli olmayan ladin plantasiyaları olan tükənmiş təpələrdən ibarətdir”, - Di Kaprio yazıb.

Aktyor əlavə edib ki, bərpa ölkəsi olmaq Şotlandiyanı landşaftların və vəhşi təbiətin bərpası, təmiz hava və su ilə təmin etmək, daşqınları azaltmaq və vətəndaşların həyatını yaxşılaşdırmaqda lider edə bilər.

Seçilən
92
12
Mənbələr
Şərh ()
Bağla