RU

“Neftçi”nin müdafiəçisi “Qarabağ”la matçda olmayacaq

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la ilk oyundan əvvəl “Neftçi”nin zədəli futbolçularının son durumu müəyyənləşib.



Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda sözügedən oyuna itkilərlə çıxacaq.



Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş bu matçı buraxmalı olacaq.



Bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərMark Tamaş Neftçi futbol klubu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
10
komanda.az

10Источники