AZ

"Neftçi"nin müdafiəçisi və qapıçısı "Qəbələ" ilə oyunu buraxacaq

"Neftçi"nin iki futbolçusu "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVIII turunun matçını buraxacaq.Metbuat.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.Bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş həmin oyunda iştirak etməyəcək.

Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.

Seçilən
72
6
Mənbələr
Şərh ()
Bağla