Rusiya ordusunun Ukraynada NATO ölkələrindən birinin qoşunlarına hipotetik olaraq mümkün zərbə endirməsi alyansın nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq kollektiv reaksiyası üçün əsas olmayacaq.
Bu barədə Bundestaq ekspertlərinə istinadən "Die Zeit" qəzeti yazıb.
“Əgər NATO üzvü olan dövlətin hərbi hissələri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişədə Ukrayna tərəfində kollektiv özünümüdafiədə iştirak edirsə və eyni zamanda hərbi əməliyyatlar zamanı qarşı tərəfin hücumuna məruz qalırsa, bu, NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi üçün əsasdır”, -xəbərdə qeyd edilib.
Mövsüm