- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a rəsmi səfər etmək niyyətindədir.
Yenisabah.az İHA-ya istinadla xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın sabah ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşərək qarşıdakı səfərin təfərrüatlarını müzakirə edəcək.
Görüş zamanı ikitərəfli münasibətlər, Ukrayna və Qəzza zolağında münaqişələr, PKK fəallarına qarşı mübarizə, həmçinin prezident Ərdoğanın ABŞ-a səfəri müzakirə olunacaq.