AZ

Ərdoğanın ABŞ səfərinin təxirə salınmasının səbəbi məlum olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın may ayında ABŞ-a səfərini pozması İraqdakı vəziyyətlə bağlı ölkələr arasında fikir ayrılığı ilə bağlı ola bilər.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə RİA Novosti T24 qəzetinə istinadən yazır.

 

Türkiyə qəzetindəki materialın müəllifi ABŞ-ın Türkiyənin İraqdakı mümkün əməliyyatını mənfi qəbul edə biləcəyini, həmçinin ölkənin gələcəyi və orada Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin olması ilə bağlı Ankara ilə razılaşa bilməyəcəyini ehtimal edir. 

 

Bundan başqa, qəzet yazır ki, ABŞ-ın təhlükəsizlik sahəsindəki əks-tələblərinin Türkiyənin xoşuna gəlməməsi ehtimalı var. Vaşinqton Ankaranın ABŞ-ın dəmir və poladın 25%-lik rüsumlarını ləğv etmək tələbini də tənqid edə bilər.

 

Ərdoğanın ABŞ-a səfərinin ləğvi aprelin 26-da məlum olub. Müvafiq məlumatı adı açıqlanmayan türk rəsmisinə istinadən Reuters agentliyi paylaşıb.

 

Daha sonra bu məlumatı Ağ Ev və Türkiyə Xarici İşlər Nazirliyi də təsdiqləyib.

 

Bundan əvvəl Ərdoğan antisemitizm ittihamlarının onu susdurmayacağını bildirmişdi.

 

Afət

 

Seçilən
140
42
Mənbələr
Şərh ()
Bağla