RU

İmsakda və iftarda necə qidalanmalıyıq? - DİETOLOQ AÇIQLADI

“Ramazan ayında düzgün qidalanmaq, orqanizmin zəifləməməsi çox vacibdir. Bütün gün heç nə yeməyən insan axşam saatlarında un məmulatları, qızardılmış yeməklər qəbul edərək qeyri-sağlam qidalanırlar. Əgər düzgün qidalanmaq istəyiriksə, şirniyyatlar, konservləşdirilmiş qidalar, qazlı və şirəli içkilər rasiondan kənarlaşdırılmalıdır. Oruc tutan şəxslər süd məhsullarına üstünlük verməlidirlər. Kefir bağırsağın fəaliyyətini yaxşılaşdırmaq üçün ideal vasitədir. Şəkər xəstəliyi olan şəxslər süd məhsullarını səhər, olmayanlar isə iftardan 1-2 saat sonra istehlak edə bilərlər. Çox yağlı və duzlu olmayan pendiri də rasiona daxil etmək olar. Çalışmaq lazımdır ki, aşırı dərəcədə qida qəbul etməyək. Çünki bilirik ki, bu müqəddəs ay nəfsimizə hakim ola biləcəyimiz bir aydır və insan çox yeməklə heçnə əldə etməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ofelya Tahirova deyib.

Onun sözlərinə görə, bəzi insanlar iftardan imsaka kimi ancaq yeməklə məşğul olurlar: “Bu, çox yalnış adımdır. Təbii ki, bu qədər qida qəbulu köp yaradacaq, narahatçılıq verəcək və artıq çəkiyə səbəb olacaq. Bu zaman ortaya bir sual çıxa bilər ki, orqanizmin şəkər tələbatını necə ödəyək? Şəkər tələbatını biz təkcə şirniyyalardan almırıq, tərəvəzlərin və meyvələrin tərkibində də kifayət qədər şəkər miqdarı var. Həmçinin ədviyyatlar da orqanizmin şəkər tələbatını ödəyə bilir. Darçın həm şirniyyat istəyini normaya salan, həm də tox tutan ədviyyatdır. Xüsusi diqqət yetirəcəyimiz məqam isə nə yeyiriksə, yanında mütləq tərəvəzin olmağıdır. Çünki tərəvəz insanı uzun müddət tox tutur və tərkibindəki lif qatı sayəsində orucluq zamanı ən çox rastlanan qəbzliyi aradan qaldırır. Ət, toyuq , balıq, süd məhsulları, göyərtilər və s. hamısı balanslı qidalanmada olan məhdullardır və oruc menyumuzda da mütləq şəkildə olmalıdır. Əsas məqsəd odur ki, bu qidaları hansı zamanda qəbul etmək düzgündür”.

Dietoloq onu da qeyd edib ki, iftar və imsakda, yeməkdən öncə 1 və ya 2 stəkan ilıq su içməlisiniz: “Suyu birbaşa yox, qurtum şəklində içməyiniz tövsiyə olunur və qəti şəkildə soyuq olmamalıdır. Suyu qəbul etdikdən 10-15 dəqiqə sonra isə iftarı açmaq lazımdır. İftarda yaxşı olar ki, ilk növbədə şorbalardan istifadə edəsiniz və quru, yağlı, duzlu, istiotlu qidalar tövsiyə olunmur. Daha sonra ət məhsulları yemək olar, lakin ətin yağlı və qızardılmış olmaması daha yaxşı olar. Adətən meyvəni iftar zamanı qəbul edilər, bunu imsakda etmək lazımdır. İmsak zamanı yeməyin sonunda istədiyiniz meyvədən istifadə edə bilərsiniz. Artıq çəkisi və şəkər xəstəliyi olan insanlar kivi, portağal kimi turş meyvələrdən istifadə etsinlər. Əncir,ərik və quru meyvələrin meyvələrin tərkibində şəkərin miqdarı çox olduğundan məsləhət görülmür. Bir ovuc meyvə qurusundansa, bir ədəd alma istehlak etsinlər”.

Ləman Sərraf

Избранный
77
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26148
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17193
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16865
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15610
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13948
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11390
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11198
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10676
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10010
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9346
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7168
Səidə Sultan klipi üçün lüt soyundu
7113
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6135
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5915
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5642
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5174
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5017
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4546
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4268