RU

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev aprelin 19-da Samux rayonunda vətəndaşları qəbul edəcək.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər.

 

Adları çəkilən şəhər və rayonların sakinləri aprelin 15-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
119
8
azedu.az

10Источники