AZ

Elm və təhsil nazirindən Samuxda vətəndaş QƏBULU

Elm və təhsil naziri Emin Əmrullayev aprelin19-da Samux rayonunda vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya bildirilib ki, Qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri aprelin 15-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_usbölməsinə elektron formada və ya +994 51 206 78 48nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Seçilən
176
11
Mənbələr
Şərh ()
Bağla