Transfer qiymətlərinin dəyişməsindən sonra dünyanın ən dəyərli 11-liyi yenilənib.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni heyətə "Mançester Siti"dən 3, "Real Madrid", "Arsenal" və PSJ-dən 2, "Porto" və "Liverpul"dan 1 oyunçu daxil edilib.
Ən dəyərli ilk 11-liyin ümumi dəyəri 1 milyard 245 milyon avrodur.
Dünyanın ən dəyərli 11-liyini təqdim edirik:
Qapıçı: Dioqo Kosta ("Porto") - 45 milyon avro
Sağ cinah müdafiəçisi: Trent Alexander-Arnold ("Liverpul") - 70 milyon avro
Mərkəz müdafiəçisi: Ruben Dias ("Mançester Siti") - 80 milyon avro
Mərkəz müdafiəçisi: Uilyam Saliba ("Arsenal") - 80 milyon avro
Sol müdafiəçi: Nuno Mendes (PSJ) - 60 milyon avro
Yarımmüdafiəçi: Deklan Rays ("Arsenal") 110 milyon avro
Yarımmüdafiəçi: Jud Bellinqhem ("Real Madrid") 180 milyon avro
Yarımmüdafiəçi: Rodri ("Mançester Siti") - 110 milyon avro
Hücumçu: Vinisius Junior ("Real Madrid") - 150 milyon avro
Hücumçu: Kilian Mbappe (PSJ) - 180 milyon avro
Hücumçu: Erlinq Haaland ("Mançester Siti") - 180 milyon avro