RU

Rəşad Məcid TƏLTİF EDİLDİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildim”. SİA xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzeti”in baş redaktoru Rəşad Məcid bildirib.

“Yubiley medalı bu gün, martın 28-də Media Agentliyində təltif edilən həmkarlarımla birlikdə mənə də təqdim olundu”, - deyən R.Məcid təqdimat mərasimindən şəkil paylaşıb.

O, ölkə başçısına bu təltifə görə təşəkkür edib

“Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.

Избранный
131
50
1

1Источники

Комментарий ()
Закрывать