İsrail ordusunun Livanın cənubunda son 24 saatda həyata keçirdiyi hücumlarda 16 nəfər həyatını itirib.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusu Livanın sərhəd bölgəsində yerləşən Nakura qəsəbəsində bir kafeyə raket zərbəsi endirib.
Nakurada baş verən hücumda ən azı 3 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.
İsrail ordusu Teyr Harfa qəsəbəsində İslami Pioner Birliyinin mülki müdafiə qruplarının yerləşdiyi binaya da hava hücumu həyata keçirib.
Hücum nəticəsində mülki müdafiə dəstəsindən 6 nəfərin həlak olduğu bildirilib.
Qeyd edək ki, İsrail ordusu Həbbariyyə qəsəbəsində "Camaat əl-İslamiyyə"yə bağlı təcili yardım qrupuna qarşı da hava hücumu təşkil edib, nəticədə 7 nəfər ölüb.