AZ

İsraildən ilginc tələb: Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi bağlansın…

İsrail BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanması üçün BMT-yə müraciət edib.

Vətəninfo.az xəbər verir ki, İngiltərədə dərc olunan “The Guardian” qəzetinin BMT səlahiyyətlilərinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail müraciəti keçən həftə edib.

UNRWA-nın bağlanmasını və işçilərinin geniş miqyasda qida paylaması həyata keçirəcək müxtəlif BMT təşkilatlarına təyin edilməsini istəyən İsrailin müraciəti Baş Qərargah rəisi Herzi Halevi tərəfindən təqdim edilib.

Qəzzaya göndəriləcək yardımla bağlı UNRWA ilə işləmək istəmədiyini bildirən İsrail bölgəyə daha çox yardımın daxil olmamasında BMT-nin Qəzzadakı imkanlarını günahlandırıb.

Adları gizli saxlanılan və fikirləri xəbərlərdə yer alan BMT rəsmiləri müraciətin BMT-ni “Qəzzada aclıqla mübarizədə əməkdaşlıq etmək istəməyən tərəf” kimi göstərmək məqsədi daşıdığını bildirib.

İsrailin bu müraciəti UNRWA-nı məhv etmək planının bir hissəsi olaraq etdiyini iddia edən bir səlahiyyətli, “Əgər buna icazə versək, bu, tamamilə İsrail tərəfindən idarə olunacağımız mənasını daşıyacaq və separatizmlə mübarizə və yardımların təmin edilməsində ən böyük təşkilat olan UNRWA-nın məhv edilməsində BMT əməkdaşlıq edən kimi olacaq” deyibs.

Rəsmilər həmçinin bildiriblər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) İsrailin müraciətini dəstəkləyir, lakin UNRWA-nı dəstəkləyən digər ölkələr və BMT-nin baş katibi Antonio Quterreş bu tələbin əleyhinədir.

UNRWA-nın Qəzzəyə yardım çatdırmaq üçün resurslara və zəmanətə malik yeganə qurum olduğunu müdafiə edən BMT mənbələri Qəzzada aclıq riski davam edərkən, İsrailin tələblərinə uyğun olaraq yeni nizama keçidin fəlakətli nəticələri olacağını bildirib.

UNRWA-nın sözçüsü Tamara Alrifai UNRWA-nın təkcə Qəzzada yardım paylamayıb, həm də 7 sağlamlıq mərkəzinin fəaliyyət göstərdiyini, gündə 23 min müalicə həyata keçirdiyini və 7 oktyabr 2023-cü ildən bu yana 53 min peyvənd təmin etdiyini bildirib.

UNRWA-nın üzərinə düşən vəzifəni yerinə yetirəcək heç bir təşkilatın olmadığına diqqət çəkən Alrifai aclığın dəhşətli bir problem olduğunu vurğulayıb.

Təxminən 74 ildir fələstinlilərin yaralarını sarmağa çalışan və milyonlarla fələstinli qaçqına dəstək verən UNRWA-nın obyektləri İsrail tərəfindən dəfələrlə vurulub, tonlarla ərzaq və dərman məhv edilib.

BMT-nin Baş katibi Quterreş İsrail rəsmilərinin 7 oktyabr hücumlarında bəzi UNRWA əməkdaşlarının əli olduğuna dair iddialarının təcili araşdırılmasını tələb etmişdi. UNRWA da İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.

ABŞ da daxil olmaqla 10-a yaxın ölkə və qurum UNRWA-ya ianələrini dondurduqlarını açıqlayıb.

İsrail UNRWA ilə bağlı ittihamlarını sübut edə bilmədikdən sonra Avstraliya, Kanada, İsveç və Avropa İttifaqı (Aİ) qərarlarını geri götürərək Agentliyi maliyyələşdirməyə davam edəcəklərini açıqlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
34
veteninfo.az

10Mənbələr