RU

“Fənərbağça” liqada qalmayacaq: Ali Koç 3 seçimi açıqladı

Jurnalistlərlə görüşən “Fənərbaxça”nın prezidenti Ali Koç təəccüblü açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, türkiyəli funksioner qarşılarında 3 variant olduğunu bildirib.

O, bütün sponsor şirkətlərlə görüşdüklərini və klubun izləyəcəyi strategiya ilə bağlı razılıq aldıqlarını bildirib. Prezident kreditlərlə bağlı banklarla görüşəcəklərini bildirib:
“Biz anormallığı normallaşdırdığımız üçün bu yerə qədər gəlmişik. Aprelin 2-də konqres üzvlərimizlə bütün imkanları müzakirə edəcəyik. Qarşımızda üç seçim var: “pis, daha pis və ən pis.

1- Aşağı liqaya düşmək.
2- Futbol fəaliyyətlərini bir müddət dayandırmaq.
3- Xaricdə komanda almaq.

Seçimlərin konqresdə dəqiqləşdiriləcəyini bildirən Ali Koç, “Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm, amma heç bir şey olmamış kimi davranmayacağımıza zəmanət verirəm” dedi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
152
2
Источники
Комментарий ()
Закрывать