AZ

"Fənərbaxça" və "Trabzonspor" cərimələndi

Türkiyə Futbol Federasiyası "Fənərbaxça" və "Trabzonspor" matçı ilə bağlı qərarları açıqlayıb.

Offsideplus.az xəbər verir ki, hər 2 klub 400 min TL cərimə olunub.

"Fənərbaxça"nın prezidenti Ali Koç və "Trabzonspor"un prezidenti Ərtoğrul Doğan 39 min TL cərimə olunub.

Qeyd edək ki, Superliqanın 39-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. 

Seçilən
119
2
Mənbələr
Şərh ()
Bağla